Azərbaycanın hər bölgəsinin özünə məxsus gözəlliyi var. Hər bölgə özünün bu və ya digər bir fərqli xüsusiyyəti ilə məşhurdur. Şuşa təbiyətinin təkrarsız füsünkarlığı ilə deyil, həm də təməl daşı qoyulduğu gündən burada yaşayıb yaratmış istedadlı şəxsiyətləri, əyan nəsilləri ilə məşğurdur. Şuşanı heç kəsə təqdim etməyə ehtiyac yoxdur. Atalar demişkən, görünən dağa nə bələdci! Ancaq bu yeri özünə mərkəz secənlərin ağıl-kamalına, dünya görüşünə qibtə etməmək olmur.
Bir necə dəfə, həm də hər fəsildə Şuşada olmuş, Zəngilan rayonlararası qəzetdə redaktor işləyərkən 1964–cü ilin dekabrında isə məzuniyyətimi buradakı sanatoriyada keçirmişəm.
Onun haqqında eşitdiklərim, gəzib gördüklərim məndə elə təəssurat yaratmışdır ki, onları xatırlayarkan ovqatım çox xoş olur. Buna gorə bu xatirələri ömrümə bəzək hesab edir və öz–özümə düşünürəm ki, nə yaxşı Azərbaycanın gözəllik mücəssəməsi olan bu günəşi görüb orada xoş ovqatlı günlər keçirmişəm.
İstirahət evində jurnalist həmkarım «Brilyant məsələsi» romanının müəllifi Cəmşid Əmirovla birgə dincəlməli olduq. O zaman bu detektiv roman kimi çox maraqla oxunurdu. Cəmşid müəllim burada yeni bir roman «Qara Volqa» üzərində işləyirdi. Onun bir sıra fəsillərin burada yazmışdı. Makinadan cıxan bəzi fəsillərini öz xahişi ilə redaktə işində ona kömək etmişdim. Hər dəfə yazılan fəsillər barədə fikir mübadiləsi edərdik.
Boş vaxtlarımızda Şuşanın tarixi yerlərini gəzir, baş verən əhvalatlar haqqında yerli sakinlərdən söhbətlər eşidirdik. Çıdır düzünə gedəndə isə buradan şəhərin ətraf ponaramını seyr etməkdən doymazdıq. Burada dəfn olunan Vaqif, Nəvvab kimi şəxsiyətlərinin məzarlarını ziyarət edərdik.
Dekabr ayı olmasına baxmayaraq hava çox mülayim keçirdi. Buna görə hərdən İsa bulağına, Turş suya gedərdik. Hər dəfə keçib gələndə onların vəsfinə aid eşitdiyimiz mahnıları yazanların zövqünə, duyumuna heyran qalırdıq.
Bir dəfə İsa bulağına gedəndə quzu sürüsünə rast gəldik. Cəmşid müəllim quzulardan birini quçağına alıb şəklini çəkməyi xahiş etdi. Mən onun şəklini çəkdim. Cox keyfiyyətli cıxmışdı, şəkli verərkən dedi:
– Mən cox yerdə, müxtəlif formada şəkil çəkdirmişəm. Ancaq belə şəkildən olmaz. Bu şəkil Şuşadan məndə qalan ən dəyərli yadigar olacaqdır. Sonra həmişə sevdiyi bir ifadəni təkrar etdi – Mürsəl müəllimə eşq olsun!
1994–cü ildə didərgin kimi Bakıda məskünlaşdıqdan sonra Cəmşid müəllimin ikinci dəfə çapdan çıxan «Qara Volqa» romanı ilə əlaqədər olaraq rəy yazmaq istərkən Ədəbiyyat arxivinə gedib onun sənədlərinə baxarkən həmin şəkili və birlikdə çəkdirdiyimiz başqa xatirə şəkillərini də görüb mühafizə edilməsinə cox sevindim.
Şəhərin mədəniyyət ocaqlarında keçirilən kütləvi tədbirlərdə də gedərdik. İştirak etdiyimiz maraqlı tədbirlərdən biri Üzeyir Hacıbəyovun yubleyinə həsr edilmiş təntənəli yığıncaq oldu. Burada Respublikanın incəsənət xadimlərinin böyük bir dəstəsi iştirak edirdi. Onların arasında «Koroğlu» operasında Nigarı ifa edən Titarenko, bəstəkar Arif Məlikov və adlarını unutduğum başqa incəsənət xadimləri iştirak edirdilər. Həmin təbirdə çəkdirdiyimiz xatirə şəklini də indiyədək saxlayıram.
Bu gün Şuşada müxtəlif vaxtlarda olduğum zaman, həmçinin Cəmşid müəllimlə keçirdiyim günləri xatırladığı kövrəlməyə bilmirəm. Şuşada çəkdiyim və çəkdirdiyim şəkillərdən başqa məndə cox qiymətli yadigar da vardır. Bu da «Qara Volqa» cap olunduqdan sonra Şuşada keçirdiyimiz günləri xatırladan bir avtoqrafla mənə göndərdiyi ilk nüsxəsi idi.
Şuşa cox başı bəlalı şəhərdir. Qarabağın gözü olan bu şəhərdə kimlərin gözü olmamışdır? İran şahının 2 dəfə onun üzərinə coxminlik ordu isə hücüm etməsi, 1905–1918–20 illərdə baş vermiş erməni-müsalman qırğını v. s. faciələri yaşamış Şuşalılar bu faciələrə mərdliklə dözüb öz şəhərlərini qorumağa nail olmuşlar. Ancaq Şuşalılar yaşanmış bu faciələrdən daha betər, müqayisə edilməsi mümkün olmayan bir faciə ilə nə vaxtsa üzləşə biləcəklərini heç ehtimal da edə bilməzdilər. Ancaq 1993–cü il mayın 08–09 da tarixi bir gündə – faşizm üzərində qələbə calındığı bir gündə belə bir faciə baş verdi. Ermənilər Şuşanı işğal edib həmin günü öz qələbə gününə çevirdilər.
Şuşalılar şəhəri tərk edib Lacın–Qubadlı–Akara migistral maşın yolu ilə Horadiz istiqamətinə gedərkən onların köçünə Akarada şahid olmuşam. Bu mənzərə adamı dəhşətə qətirirdi. İstər–istəməz erməni–müsalman məhəlləsinin xarabalıqları xatirimdə canlandı. Onda Şuşalılar ermənilərə layiq olduqları cəzanı vermişdilər. İndi bu qacqın köçünə baxanda adamın qəlbini müammalı bir sual çulğayırdı: necə oldu ki, cox minlik iran ordusunu məğlub edib şahını qətlə yetirən Şuşalılar indi belə faciəyə düqar oldular?
Əlbətdə bu həqiqət cavabını gələcəkdə tapacak bir sualdır. Ancaq «böyük Ermənistan» xülyacı neçə yüz illərdi ki, erməniləri elə məst etmişdir ki, onlar hər iş görəndə bunu heç zaman unutmurlar. Bunu bir fakt timsalındada da körmək olar.
Şuşa şəhərinin azərbaycanlılar yaşayan məhəlləsinin ərazisi ermənilər yaşayan məhəlləsindən xeyli çoxdur. Lakin müsalman yaşayan sahədə cəmi bir məscid, ermənilər yaşayan sahədə isə bir–birindən 350–400 metr məsafədə yerləşən 3 böyük kilsə var. Onun biri xüsusi ilə çox böyük və yüksək arxitektura ilə inşa edilmişdi. Onun həyətində bir neçə qəbir var idi. Biri isə Şuşaya ilk su kəməri çəkmiş erməniyə məxsus idi. Ermənilər özlərinin «böyük Ermənistan» ideyasına əsasən belə etmişlər ki, qoy Şuşada erməni nişanəsi daha çox olsun. Bu, onları gələcəkdə buranın qədim erməni məskəni olduğunu iddia üçün əsas olsun.
Bu sətirləri yazarkən Şuşalı günlərimin xoş təəssüratı ilə gördüyüm köç faciəsinin təəssüratı sanki üz–zə gəlib toqquşdu. Bir sarsıntı keçirdim ki, elə bil məni ildırım vurdu…
Öz–özümə düşündüm ki, Xudayə niyə belə bir faciə baş verdi, görən bu koç nə vax geri qayıdacaq!?
Mürsəl Qocayev