Qafan rayonunda çıxan «Mis uğrunda» qəzetində 1978-ci ildə Ermənistanın Rusiya ilə birləşməsinin 150 illiyi ilə əlaqədar olaraq dərc olunmuş «Dağ qartalı» adlı bir məqaləni xatırlayıram.
Məqalədə 1724-ci ildə türklərə qarşı müharibədə Davidbekin sərkərdəlik məharətindən danışılır. Məqalədə belə bir epizod vardı: Türk ordusu Qafanın «Halinuzor» qalasında Davidbekin 300 nəfərlik döyüşçüsünü mühasirəyə alıb. Bu, döyüşçüləri ruhdan salsa da, Davidbeki ruhdan salmır. O, xilas olmaq üçün çıxış yolları axtarır. Bir gün o, 169 madyanı qaladan çölə buraxır. Madyanlar Türk ordusunun ayqırlarını (erkək atlarını) təlatümə gətirərək bərk qarma-qarışıqlıq yaradır. Bundan istifadə edən Davidbekin dəstəsi mühasirədən çıxıb hücuma keçir və böyük tələfat verməklə 70 minlik Türk ordusunu məğlub edir.
Məqalə başdan-ayağa türklərə qarşı nifrət ruhunda yazılmışdı. Əlbəttə, bu təəccüblü deyildi. Bu, ermənilərdə ümumi azardır. Ancaq məqalədə 169 madyan məsələsi diqqəti xüsusilə cəlb edir.
Bu uydurma, iki yalançıdan birinin toyda bir pud duz işlətməsinə, digərinin isə əkdiyi boranı tağının Arazın üstündən adlayıb körpü kimi istifadə olunması haqqındakı uydurmaya bənzəyir. Lakin erməni-türk münasibətləri prizmasından baxanda dərk edirsən ki, «Əfsanələşdirilmiş» bu əhvalat erməni hiyləgərliyinin tipik bir variantıdır. Bu əfsanə istər-istəməz başqa bir faktı – erməni qızları ilə azərbaycanlıların saysız-hesabsız nigahını yada salır. Sən demə, ermənilər qızları ilə kişilərimizi də «təlatümə» gətirmişdir.
Bir zamanlar bu barədə nəinki söhbət açmaq olardı, hətta, necə deyərlə, adamın atasını da yandırardılar. Belə nigahlar beynəlmiləlçiliyin rəmzi kimi təbliğ olunurdu. (Bu məktubun müəllifi də «Beynəlmiləlçi ailələr» haqqında yazıb danışanlardan biri olduğunu səmimiyyətlə etiraf edir).
Azərbaycan xalqı eşqi ailə səadətinin əsası kimi çox müqəddəs saymışdır. Böyük Nizami isə ona belə bir poetik məna vermişdir: «Eşqdir mehrabı uca göylərin». Qızlarımızın gözəlliyi dillərdə dastan ol-duğu halda, necə olmuşdur ki, bizim oğlanlar hayqanuşları, siranuşla-rı evlərinin «xanımı»… «yan»ları da övladlarının dayıları, babaları etmişlər?! Bəs, nə üçün münasibətlər kəskinləşən kimi bu ailələr sabun köpüyü kimi yoxa çıxdılar?!
«Komsomolskaya pravda» qəzetinin nömrələrinin birində Quliyeva familiyalı orta məktəbdə oxuyan bir qızın məktubunda deyilir ki, atam azərbaycanlı, anam ermənidir. Atam qorxaqlıq edib anamı boşamışdır. Biz köçüb başqa yerə getmişik. İndi mən bilmirəm, haralıyam…
Bəli, belə bir sualın ortaya çıxması təbiidir. Çünki qızcığaz bunu atasının qorxaqlığında görür. Ancaq dayıları «yan»ların necə günahkar olduqlarından heç adını da çəkmir. Ancaq neçə-neçə illər sonra anasından lap beşikdə eşitdiyi «Səsini kəs, türk gəlir» sözləri ilə öz uşaqlarını da qorxuzacaqdır. Necə bizim analar öz uşaqlarını «xortdan»la qorxuzan kimi.
Bir vaxtlar müxtəlif mədəni kütləvi tədbirlərlə əlaqədar olaraq, Qubadlı, Zəngilan, Laçın rayonlarının nümayəndələri ilə, Gorus, Qafan, Mehri nümayəndələri arasında tez-tez görüşlər olardı. Bu rayonlarda da qarışıq ailələr var idi. Hərdən zarafatla soruşardım ki, Qara keşiş Əslini Kərəmə verməmək üçün hər cür kələyə əl atırdı. Bəs necə oldu ki, indi siz öz qızlarınızı tərəddüd etmədən azərbaycanlılara verirsiniz? Bu sualıma 1920-ci ildə Bakıdan Gorusa göndərilmiş partiya veteranı Nikol Ayriyan belə cavab verdi:
– Əşşi, o vaxt keşiş bir səhvdir edibdir. Dilimiz ayrı olsa da, bir yerdə yaşayırıq, adət-ənənələrimiz, hətta musiqimiz də bir-birinə oxşayır. Bizim üçün nə fərqi var.
O vaxtlar bu cavab mənə çox «səmimi» görünürdü. Lakin erməni-azərbaycanlı münasibətinin kəskinləşməsi ilə əlaqədar olaraq olub keçən, yaxud davam edən hadisələrə, proseslərə aşkarlıq prizmasından nəzər salarkən gec də olsa, çox mənbələri dərk etməli olduq. Heç bir sübuta ehtiyacı olmayan bir faktdır ki, ermənilər öz qızlarının azərbaycanlılara ərə getməsinə nəinki mane olmur, hətta onları buna təşviq də edirlər. Onlar bu intim yolla Azərbaycanda uzun müddətli erməniləşmə siyasətini yeritmişdilər. Əgər təkcə əsrimizin əvvəlindən bəri, xüsusən, 30-cu illərindən sonra statistik tədqiqatlar aparılsa, nəticəsi, sözsüz, bunu təsdiq edər. Tanınmış publisist Vasili Lvoviç Veliçko özünün 1904-cü ildə Sankt-Peterburqda dərc etdirdiyi «Qafqaz» məcmuəsinin birinci cildinin 5-ci fəslinin ermənilər adlı bölməsində verilmiş məlumatlar çox xarakterikdir. Çox təəssüf ki, Azərbaycan oxucuları bu kitabın üzünü yalnız keçən il görmüşlər. Veliçko yazır kı, erməni qadın-ları farslarla, Azərbaycan tatarları ilə, türklərlə, gürcülərlə, dağlılarla və başqa millətlərlə məcburi əlaqəyə girməli olmuşlar. Bir də ki, axı onlar dövlətçiliyin onunla bağlı olan qürur və mənliyini müdafiə qabiliyyətini itirmiş bir xalqın qadınlarının nazı ilə oynamayacaqlarmış ki! Belə bir şəraitdə ermənilərin damarından hər cür qan axması mümkündür.
«Asiyada təmiz qanlı ermənilərin «dovşandan qorxaq» adlandırılması haqqında yaranmış el məsəli də təsadüfü deyil. Bununla belə bu tutqun fonda istisna olaraq zaman-zaman ermənilərdən igid sərkərdələr də çıxmışdır. Bu ondan irəli gəlir ki, onların qanı başqa cəngavər millətlərin qanıdır…»
Veliçkonun bu müddəasını oxuyarkən adamın daxilində istər-istəməz gümanlar, sirli suallar baş qaldırır: Görəsən, sovet hakimiyyəti illərində marşal səviyyəsinə yüksələn iki nəfərin (Baqramyanın və Ba-bacanyanın) hər ikisinin azərbaycanın eyni kəndindən – Şəmkir rayo-nunun Çardaxlı kəndindən olmasını Veliçkonun bu müddəası ilə izah etmək günah olmaz ki!? Bu barədə günaha batmaq istəmirəm, ancaq bunu sübut etməyə ehtiyac yoxdur ki, yüksək hərbi rütbə müxtəlif mənsəb sahibi olmuş bir çox ermənilərlə bərabər, onlar da öz mayalarını Azər-baycanın min bir neməti ilə tutmuşlar. Ancaq öz nankorluqlarını həmişə mühafizə etmişlər. 100 illərlə erməni millətçilərinin kilsə xadimlərinin apardığı siyasət sayəsində Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda Bakının özündə minlərlə erməni damazlığı və onun törəməsi yaşamaqdadır.
Kim zəmanət verə bilər ki, kimlərinsə himayə etdiyi bu ermənilər və onların törəmələri təxribatla, xəfiyyəçiliklə məşğul olmurlar və ya olmayacaqlar?!
Nəinki küçə, bazar və meydanlarımızda, hətta dövlət idarələrimizdə danışılanlardan Ermənistanda dərhal xəbər tutulmasının səbəbini məhz bununla izah etmək olar?! Təkcə son vaxtlar Bakıda baş vermiş təxribatlar buna sübut deyilmi?
Bəli, yaradan Azərbaycandan öz səxavətini əsirgəməmişdir. Ona yerüstü, yeraltı sərvət, hər cür iqlim şəraiti, dağ, aran, çaylar, dəniz, göllər də bəxş etməklə yanaşı, onun ürcahına nankor, son dərəcə məkrli, bədxahlıq üçün arvadından belə keçən qonşu da çıxarmışdır.
Əsrlərdən bəri məkrinə dəfələrlə düçar olsaq da, bunu tez də unutmuşuq. Elə bilmişik ki, bu qırğınlar bir də olmayacaqdır.Ancaq bu unutqanlıqla biz 1988-ci ildən indiyədək daha artıq fəlakətə düçar olduq.
Görəsən ermənilər, daha nə kimi hiylələr işlətməlidir ki, biz ayılıb ondan bir dəfəlik qəti ibrət dərsi alaq!
Mürsəl Qocayev, “İki sahil“ qəzeti
N 13, 02.06.1994