MUZEY EKSPONATI XATIRLADIR

Qubadlı qədim Azərbaycanın füsunkar təbiətli, geniş kənd təsərrüfatı potensiallı rayonlarındandır. Həkəri, Bərgüşad, Ağa çaylarının vadiləri boyunca uzanıb gedən torpaqlarda çəltik, «Yayı», «Gəyən» düzlərində isə taxıl və yem yetişdirilir,

1950–ci ilə qədər Qubadlı öz çəltiyi ilə fəxr edirdi. Müharibə illərində qonşu rayonlar da onun çəltiyi, taxılı ilə dolanırdı. Qubadlılılar hər il cəbhəyə min tonlarpa düyü, taxıl verərdi. Qubadlı düyüsündən bişirilən zəfəranlı plovun dadı hələ çoxlarının damağından getməmişdir.

1950–ci illərdə təbii şəraiti nəzərə almadan rayonda çəltikçilik ləğv edilib pambıqçılığa keçildi. Sonra rayon tütünçülük, üzümçülük üzrə ixtisaslaşdırıldı. Ancaq rayonun kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün ehtiyat mənbələri çox idi. Bu mənbələri aşkara çıxarmaq üçün 1960–cı illərdə şəhərin kəndə hamiliyi geniş miqyas almışdı.Həmin vaxt Binəqədi rayonunun bir qrup mütəxəssisi dağ rayonu kimi Qubadlının iqtisadiyyatını daha da yüksəltmək, perspektivlərini müəyyən etmək məqsədilə buraya ezam olunmuşdur.

Mütəxəssislər tərəfindən rayonda əkinçilik, heyvandarlıq, baramaçılığı, inkişaf etdirmək, təsərrüfatlarda texnikanın tətbiqi, ondan daha səmərəli istifadə olunmasına   dair tədbirlər kompleksi hazırlanmış, lazımi tövsiyyələr verilmişdir. Bu tövsiyyələrin  sonrakı illərdə tədricən həyata keçirilməsi rayonun iqtisadiyyatını yüksəltməkdə az rol oynamamışdır.

Jurnalist arxivində saxlanan bu xatirə şəkli məhz o zaman – 36 il bundan əvvəl çəkilmiş, 1980–cı illərdə isə rayonda tarix–diyarşünaslıq muzeyi yaradılarkəi onun «şəhərin kəndə hamiliyi»  bölməsinin eksponatlarından birinə çevrilmişdir. Bu xatirə şəkli muzey eksponatı kimi indi Qubadlının, neçə deyərlər, çal–çağırlı künlərini xatırladır…

Yüzlərlə  qubadlılı ailəsi, başqayerlərdə olduğu kimi, Binəqədi rayonunu qəsəbə, kənd və mikrorayonlarında məskunlaşmışdır. Onlar öz doğma yurdlarının düşmən tapdağından azad olunması arzusu ilg yaşamaqdadırlar. Onlar buna əmindirlər ki, dövlətimizin, xüsusən  möhtərəm Prezident Heydər Əliyev cənablarının apardığı gərgin iş uğurla nəticələnəcəkdir. Heç şübhəsiz onda qubadlılar binəqədililərin vaxtilə onlara etdikləri hamiçiliyi minnətdarlıqla xatırladıqları kimi, qaçqınlıq dövründə onlara göstərdikləri   qayğını da minnətdarlıq hissilə xatırlayacaqlar. Yəqin ki, bərpa ediləcək  muzeydə isə açılacaq  «Qaçqınlıq illəri» guşəsində də bu öz əksini tapaçaqdır.

Şəkildə: Kənd təsərrüfatı elmlər namizədi, o zaman Xırdalan quşçuluq fabrikinin direktoru işləyən Cavid Axundovun (ortada–soldan–sağa yeddinci) rəhbərlik etdiyi Binəqədi rayon mütəxəssislər qrupu Qubadlıda.

Ayaq üstə – soldan birinci Qubadlı rayon XDS Məhəmməd Salayev, sağda axırıncı – kənd təsərrüfatı idarəsinin baş mütəxəssisi Məhəmmədəli Süleymanov, ortada – ayaq üstə səkizzinci – Qubadlı RPK–nin birinci katibi, indi Bakı Veteranlar Şurasının sədri Səlim Səlimov. Qubadlı. 1961–ci il mart.

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir