Vaxtın dəyirmanında daş əridi qum oldu,
Tarixə atdığımız qayıtdı, lüzum oldu.
Dünənin üəqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı dünya fırlanır.
Bəxtiyar Vahabzadə.
Şəlaləsi ağ örpəkli gəlin timsallı, dərələri gözəlliyi vəsfə gəlməyən qədim Zəngəzur dağları… Bu dağların qoynunda camaatı çox gur olan bir kənd var idi. adına da Dağ Gilətağ deyilirdi. Bu kənd yaz–yay aylarında mal–qara bəsləmək üçün əlverişli olsa da, çox məhdud idi. Buna görə də kəndin sakinləri XVIII əsrin əvvəllərindən Zəngəzurun aran hissəsində, Süsən meşəsinin ətəklərində əkin–biçin üçün çox əlverişli olan bu yerlərdə özlərinə qışlaq salmağa başlamışlar.
Illər geçdikcə bu qışlaqlar Böyük Gilətağ və Dərə Gilətağ adı ilə iki kənd kimi formalaşmışdır. 1920 –ci ildən sonra bu iki kənd Qubadlının (1962 –ci ildə isə Zəngilanın), Dağ Gilətağ isə Ermənistanın Qafan rayonunun inzibati ərazisinə daxil edilmişdir. Indi isə bu böyük el–oba məskəni, nağıl-larda deyildiyi kimi, yommalanıb viran edilmiş yurdlara dönmüşdür. Dağ Gilətağ kəndi milli münaqişə ilə əlaqədar olaraq 1905–1920 –ci illərdə qismən, 1988 –ci ildə bütünlüklə köçürülmüş, Böyük Gilətağ və Dərə Gilətağ isə Zəngilanın işğalı ilə əlaqədar olaraq 1993 –cü il oktyabrın 30 –da mühasirəyə düşüb Arazdan İran sərhəddini keçərək qaçqın kimi Azərbaycanın rayonlarına: Bakı və Sumqayıt şəhərlərinə pənaü gətirmişlər.
Deyirlər ki, el–obanı öz igid oğulları tanıdar. Bunu Zəngəzur mahalında Gilətağın timsalında aydın görmək olar. Öz tərcümeyi–halına burada doğulduğunu iftixarla yazan general rütbəsinə yüksəlmişə, alim–təbibə, filosofa, filoloqa, şairə, müxtəlif dərəcəli alimlərə, respublika miqyasında tanınan ictimai xadimə, bacarıqlı sənaye və kənd təsərrüfatı mütəxəssislərinə rast gəlmək olar. Hətta nəsillər var ki, ona məxsus olanlar öz ata–babalarının nəcib ənənələrini davam etdirməklə ağsaqqallıqda, xeyirxahlıqda elə nüfuz qazanmışlar ki, indi də camaat o nəslə ehtiram bəsləyir. Məsələn, Kərbəlayi Molla Bəxtiyar kimi.
Gənclik illərində eşitdiklərimə sadəcə məlumat kimi baxırdım. O zamankı ideoloji istiqamət bizi elə bir məhdud vəziyyətə salmışdı ki, hər şeyə qara eynəklə baxmalı olurduq. Molla, Hacı, Kərbəlayi, Məşədi, yüzbaşı, kəndxuda və s. deyəndə elə bilirdik ki, onlar heç bir insafı, nəcabəti olmayan, rəzil adamlardır. Xəyalımıza gəlmirdi ki, adi məlumat kimi eşitdiklərimizə yeni bir rakusdan baxmaq zərurətində qalıb bütün bunların necə yanlış mövqe olduğunu etiraf etməli olacağıq.
Kərbəlayı Bəxtiyarın özündən əvvəlki nəslin neçənci arxadönəninə mənsub olduğunu xatırlamaq çətin olsa da, özü bir nəslin ulu babası, həm də böyük bir elin şəriksiz ağsaqqalı kimi qəbul etdiyi şəxsiyyət olmuşdur. O, mükəmməl dini təhsil görmüş, dünyəvi elmlərdən başı çıxan maarifpərvər adam kimi el rəğbətini qazanmışdır.
Deyilənə görə, Dağ Gilətağda ilk məktəbin,fərdi təüsilin əsasını da Kərbəlayı Molla Bəxtiyar qoymuşdur.Onun Əlyar, Almurad, Molla Mehdi və Zaman adlı dörd oğlu olmuşdur. Onlar da ataları kimi öz xeyirxahlıqları, ağıllı, qoçaq olmaları ilə yaddaşlarda yaşamaqdadırlar. Oğlu Əlyar, Almuradın oğlu Abbasəli isə hər cəhətdən xüsusi ilə fərqlənmişlər.
Əlyar da mükəmməl təhsil almış, hətta az–çox rus dili də öyrənmişdir. O zaman kənddə sayılıb–seçilən gənc kimi nüfuz qazandığına görə ermənilərlə azərbaycanlıların birgə yaşadığı zonada hər iki icmanın tabe olduğu bir quruma – yüzbaşılığa onu başçı təyin edirlər. Bu yüzbaşılığın əhatə etdiyi zona Zəngəzurda milli münaqişənin ən gərgin yeri idi. Burada işləmək o qədər də asan deyildi. təmkinli, tədbirli, qətiyyətli olmaqda atasından geri qalmayan Əliyar 1905–1918 –ci ilə qədər olan bir müddətdə azərbaycanlıları ermənilərin törətdiyi qırğından mühafizə etmək üçün çox cəsarətlə fəaliyyət göstərmişdir. O öz qoçaqlığı ilə zonada böyük nüfuzu olan qardaşı oğlu Abbasəlinin başçılığı altında özünümüdafiə dəstəsi yaratmışdır. Ermənilərin lideri olan Samsun bəyin bütün məkrli hərəkətlərinin qarşısını almaq üçün onun başçılıq etdiyi dəstə daim ayıq-sayıqlıq göstərirdi. Bu da ermənilərin hiylələrinin qarşısını vaxtında almağa imkan verirdi. Onun göstərdiyi igidlik epizodları az qala əfsanələşdirilmişdir.
Milli münaqişənin çox gərgin bir vaxtında, on doqquzuncu illərin əvvəllərində Əlyar kişinin vəfatı azərbayganlıları olduqca mütəəssir etdi. Ancaq həmyerlilərinin təskinlik tapmağa da ümid yeri var idi. Bu ümid yeri isə bacarıqda, ağsaqqallıqda atasından geri qalmayan oğlu Ismayıl idi.
İsmayıl 1887 –ci ildə anadan olmuşdur. O həm dini, həm də rus dilində ibtidai təhsil görmüşdür. Çox gənc olmasına baxmayaraq, necə deyərlər, hər cəhətdən diqqəti cəlb edirdi. Babası Bəxtiyarın, atası Əlyarın bütün müsbət irsi keyfiyyətləri onun şəxsiyyətində təcəssümünü tapmışdı. Bu yerdə adam istər–istəməz belə bir xalq hikmətini xatırlayır: “Əsil azmaz,düz iyiməz“. Buna görə də camaat tərəddüd etmədən onu atasının əvəzinə özlərinə ağsaqqal kimi qəbul etmiş və hörmət əlaməti olaraq Əlyaroğlu deyə çağırmağa başlamışlar.
Artıq Qızıl Ordu Zəngəzuru işğal edib ADR –in hakimiyyətinə son qoymuş, milli qırğın qismən sakitləşmiş, Sovet hökumətinin ilk qurumları yaradılmağa başlanmışdır. Əlyaroğlu Ismayıl 1925 –ci ilə kimi meşəbəyi,kənd və rayon kooperativlər ittifaqının sədri, milis şöbə rəisi kimi vəzifələrdə çalışmışdır. Bu vəzifələrdə göstərdiyi təşkilatçılıq bacarığına görə onu kənd şurasının sədri seçirlər. Dövrün mürəkkəbliyi baxımından kənddə ilk dövlət qurumu olan bu vəzifədə çalışmağın nə qədər gərgin olduğunu təsəvvür etmək çətin deyildi. Axı, necə deyərlər, evdə bişməyib, qonşuda da görünməyib…
Uzun illərdən bəri davam edən milli münaqişə, birinci dünya müharibəsi, vətəndaş müharibəsi, ADR – in süqutu ölkədə böyük xaos əmələ gətirmişdi. Üstəlik yeni cəmiyyət quruculuğu başlanmışdı. Belə bir şəraitdə qarşıya çıxan çətinlikləri həll etmək üçün saysız–hesabsız müqavimətlər olurdu. Bütün bunlara baxmayaraq, o, qəza icraiyyə komitəsi tərəfindən kəndin iqtisadi–sosial və mədəni quruculuğuna aid müəyyən edilən ilkin tədbirlərin həyata keçirilməsi üçün böyük təşkilatçılıq göstərirdi. Bir ziyalı kimi o, kəndlərdə məktəblər açmaq, savadsızlığı ləğv etmək, ictimai sosial xidmət obyektləri tikdirmək arzuları ilə yaşayırdı. Bütün bu arzuların necə və nə vaxt həyata keçməsinin mümkün olacağını hələ təsəvvür etməsə də, buna böyük inam bəsləyirdi. Onu həvəslə işləməyə ruhlandıran da məhz bu idi…
1925 –ci ilin son ayları idi. Əlyaroğlu qəza icraiyyə komitəsinin iclasından çox yüksək əhval–ruhiyyə ilə çıxmışdı. O, arzusunda olduğu bir tədbirin həyata keçirilməsi üçün çətin-liklə də olsa, razılıq ala bilmişdi. Belə ki, beş kənddə yeni məktəb tikintisi aparmaq nəzərdə tutulurdu. Bunları yalnız əhalisi çox olan iri kəndlərdə tikmək lazım bilinirdi. Gilətağ kimi ucqar bir kənddə məktəb tikməyin hələ tez olduğunu iddia edənlər bunu şura sədrinin təkid etməsini öz kəndi olması ilə əlaqələndirənlər idi. Lakin Əlyaroğlu Gilətağın on dörd kəndin ortalığında olması və həmin kəndlərin uşaqlarının da burada oxumaq imkanı olacağına icrakom üzvlərini qətiyyətlə inandıra bilmişdi. Binaların sürətlə və keyfiyyətlə tikilməsi kənd şura sədrlərinə həvalə olunduğundan Əlyaroğlu məktəbi bütün kəndlərdə tikilənlərdən daha tez tikilməsinə nail olacağına qətiyyətlə söz vermişdi.
Qəzanın mərkəzindən kəndə qədər olan 35–40 kilometrlik bir məsafəni Əlyaroğlu şirin xəyalların qanadlarında, at nalının cingiltili sədaları altında, enişli-yoxuşlu, dərəli–təpəli, kol–koslu yerlərdən keçən cığırlarla zümzümə edə–edə öz sevincini camaatla bölüşməyə tələsirdi…
Yolboyu onu tərk etməyən düşüncələrdən biri məktəbin tikintisi ilə bağlı olan problemlərin həlli üçün görülməli olan tədbirlər idi. Birinci növbədə bina üçün yer haqqında düşünürdü. Torpaq şəxsi adamlara məxsus olduğundan onu almaq o qədər də asan deyildi. Adamlar az qala heç qəbiristanlığa yer verməyə qıymırdılar. Əlyaroğlu könlündə kəndin mötəbər adamlarından biri olan Fərəc Məmmədqulu oğlunun 1,5 hektarlıq yerini çoxdan gözaltı etmişdi.
Ismayıl kəndin sayılıb–seçilən ağsaqqallarını yığıb bu şad xəbəri çatdırmaqla bərabər məktəb üçün torpaq sahəsi ayırmaq üçün məsləhətləşmək istədiyini bildirdi. Oturanlara müraciət edəndə ilk söz alan Fərəc kişi oldu. Əlyaroğlu sözü or-talığa desədə nəzərini ona yönəltməyinə laqeyd qalmadı. Eyninə dammışdı ki, Əlyaroğlunun onun evinin yanındakı yerdə gözü vardır. Buna görə də tərəddüd etmədən buna məmnuniyyətlə razılıq verdi.
Başlanğıcının mübahisəsiz uğurlu olması onu daha da həvəsləndirdi. Çox çəkmədi ki, tikintiyə xüsusi mühəndis göndərildi. Əlbəttə, böyük həcmli məktəb binasının o zaman inşa etmək asan deyildi. heç bir texniki imkanı, hətta arabası olmayan bir yerdə inşaat materialları daşımaq çox böyük çətinlik törədirdi. Daşı, qumu on kilometrlə uzaqdan ulaqla daşımaq, əhəngi xüsusi quyularda yandırıb istehsal etmək, milləri, dönləmə, tahan taxtasını, taxtapuş üçün təbəqə dəmirləri də ulaqla 150–160 kilometr uzaqda olan dəmiryol dayanacaqlarından daşımaq lazım gəlirdi.
Inşaatda işləmək üçün işçi qüvvəsi toplamaq, kənardan gələn mühəndis və ustaların qalmaları üçün kənddə şərait yaratmaq tikintinin sürətlə aparılması üçün çox zəruri idi. Əlyaroğlunun təşkilatçılığı sahəsində bütün bu qayğılar çox müvəffəqiyyətlə öz həllini tapırdı. Bütün bu işlərə rəhbərliyi kəndin çox fərasətli gənclərindən biri olan Ismayıl Dünyamalı oğlunu cəlb etmişdi.
Əlyaroğlu yorulmaq bilmədən çalışmasına inşaatçılar heyran qaldılar. Bu onları da həvəslə işləməyə ruhlandırırdı.
Aylar ötdükcə divarlar qarış–qarış ucalır onun lahiyə cizgilər reallaşırdı; Binanın üstü dəmirlə örtülüb qurtaran gün kəndə əsil bayram təntənəsinə çevrildi. Inşaatçılar binanın daxili işlərini davam etdirməyə daüa üəvəslə girişdilər. Əlyaroğlunun nüfuzundan qıcıqlanan bədxaülar dedi–qodular etməyə başlamış və onu üəbs etdirmişlər. Səkkiz ay dustaq saxlandıqdan sonra buraxılmışdır. Işinə bərpa olandan sonra daüa səylə işləyib yarımçıq qalan məktəbin başa çatdırılmasına nail olmuşdur. Yerdən yarma damlar,daxmalar fonunda bina deyərlər, şaü sarayını xatırladırdı. Onun geniş, işıqlı otaqları kənd əüalisində belə otaqlarda yaşamaq üəvəsi də oyatdı. Çox keçmədi ki, kənddə bu tipli otaqlar tikilməyə başladılar.
Yeməzli kəndindən Namazqulu Qocayev onun direktoru, Xocamsaxlı kəndindən Nüşrəvan, şokət Kərimovlar, Fərcan kəndindən Bəürəm və Fərrux Xudadovlar onun ilk müəllimləri oldular. Əlyaroğlu İsmayılın yeganə oğlu, indi 75 yaşnıda olan Qüdrət müəllim isə onun ilk şagirdlərindən biri oldu.
Çox təssüf ki, Əlyaroğlunun sevinci uzun sürmədi. Yüzbaşı oğlu olduğu üçün onu vəzifədən çıxardılar. Sən demə onu hələ bir ağır represiya aqibəti gözləyirmiş.
Əlyaroğlu dedi–qodulardan uzaqlaşmaq üçün Qafan şəhərlərində mis mədənlərindən işləməyə gedir. Axı onun əsli indi bu rayonun ərazisinə daxil edilmiş Dağ Gilətağ kəndindən idi. O burada nəqliyyat şöbəsində işə düzəlir.
O zaman arabadan və atdan başqa heç bir nəqliyyat vasitəsi yox idi. Mədənə yüklər Horadiz və Yevlax dəmiryol dayanacaqlarından ulaqla, araba ilə daşınırdı Əlyaroğlu Qafanda və onun ətrafında olan azərbaycanlılar yaşayan kəndlərdə şəxsi nüfuza malik idi. Məhz buna görə camaatı öz ulaqları ilə yük daşımağa geniş cəlb edə bilmişdi.
təşkilatçılıq qabiliyyətini gözü götürməyənlər onun haqqında yenə də “danos“lar yazmağa başladılar. Babasının molla, Kərbalayı, atasının yüzbaşı olması ilə əlaqədar olaraq onu “xalq düşməni“ kimi “ifşa“ etməyə çalışırdılar. Həm də ermənilər onun atası Əlyarın milli münaqişə zamanı onlara qarşı necə qətiyyətli olduğunun unutmamışdılar. Beləliklə türk qanına yerikləyən ermənilərin əlinə fürsət düşmüş oldu. Buna görə də bu mərd kişini ailəsinin belə xəbəri olmadan 1938 –ci ildə həbs edib Yerevana göndərirlər. Onda Əlyaroğlunun 50 yaşı var idi. Yalnız 40 il sonra həbs edildiyi il güllələndiyi məlum oldu. Onun övladları və bütün qohumları bu illər ərzində hakimiyyət orqanları qarşısında “Siyasi məhbus“ damğası ilə gözükölkəli, səksəkəli günlər keçirməli oldular. Çəkdikləri maddi və mənəvi əzab isə heç cür ölçüyə gəlməzdi. Ancaq camaat Bəxtiyarlıların nəsillikcə necə el qeyrəti çəkən, mərd, xeyirxah olduğunu yaxşı bilirdi. Buna görə də onların ehtiramını gizlidə olsa həmişə saxlayırdılar. Bu isə mənəvi dayaq kimi onlara böyük təskinlik verirdi.
Su gələn arxdan bir də gələr. Xalq deyiminin hikmətinin təzahürünü konkret olaraq elə Baxtiyar babanın arxa dönmüşlərinin və dönməkdə olan indiki nəsillərinin, nəticəsi Qüdrətin atası olduğu nəslin timsalında da görmək olar.
“Siyasi məhbus oğlu“ kimi hər cür qınaqlara məruz qalmasına baxmayaraq ata–baba ləyaqətini həmişə qürürla qorumağa çalışmışdır. Ali pedoqoji təhsil almış, yarım əsrdən çox atasının təşəbbüsü və təşkilatçılığı ilə inşa edilmiş Gilətağ orta məktəbində müəllim işləmişdir. Əmək fəaliyyətin-də yüksək pedoqoji ustalığı, məişətdə, münasibətdə isə, necə deyərlər, xeyirdə–şərdə yeri görünən, ata–babası kimi ağsaqqal tanınmışdır.
Ailənin yeganə işləyəni olsa da özünün dörd oğlunun yüksək ixtisas təhsili almasına nail olmuşdur. Iki oğlu APİ –ni, bir oğlu ADU –nun jurnalistika fakultəsini, bir oğlu isə texniki təhsil məktəbini bitirmişdir. Onlar Hamısı ailə qurmaqla Bəxtiyarlıların yeni arxadönən bir nəslinin ataları olmuşlar.
Belə bir xalq deyimi var ki, ad bostandır kim nəyi seçir seçsin. Ancaq Qüdrət müəllim oğlanlarına ad qoyanda bostan seçimi ilə deyil, nəsil-nəcabətinə ehtiram rəmzi ilə seçim etmişdir. Belə ki oğlanlardan birinə ulu babası Bəxtiyarın, digərinə babası Əlyarın, üçüncüsünə isə atası İsmayılın adını qoymuşdur. Bununlada istəmişdir ki, oğlanları uşaq yaşlarından adın daşıdıqları babalarının ənənələrinə sadiq qalmağa borclu olduqlarını daim dərk etsinlər, onların ruhu qarşısında mənəvi məsuliyyət daşısınlar. Böyük oğluna isə pərəstişkarı olan Q.B.Zakirin adını vermişdir. Bu da bostan seçimi deyildir. Vaxtilə satiralarına görə təzyiqlərə məruz qalıb sürgün olunan, lakin öz inamından dönməyən şairə olan ehtiramından irəli gəlmişdir. Axı Qüdrət müəllimin atası da belə bir tale yaşayıb, represiya qurbanı olmuşdur. Əlbəttə, övlada arzu etdiyi adı qoymaqla arzuya çatmaz. Onun reallaşması üçün rol oynayan amillər çoxdur. Uzun illərdən bəri daim ünsiyyətdə olduğum üçün deyərdim ki, Yaradan Qüdrət müəllimin oğlanlarından öz səxavətini əsirgəməmiş. Onlara nəcib irsi qabliyyətlər bəxş etmişdir. Aldıqları ailə və məktəb tərbiyəsi iəs bu qabiliyyətləri daha da inkişaf etdirməyə təkan vermişdir. Buna görə də onlar mənəvi baxımdan kəndəki həmyaşıdlarından daha çox diqqəti cəlb edirlər. Bax buna görə də istər–istəməz belə bir xalq hikmətini konkret olaraq bu nəslin tismalında da xatırlamalı oluram: ot bitər kök üstə, əsli nə isə!
Zəngəzurun bütün rayonlarında belə zadəgan, əyan nəsillər az olmamışdır. tarixi proseslərin inkişafı nəticəsində bizə nəsib olan müstəqillik prizmasından nəzər saldıqda həmin nəsillərin ənənələrindən nə qədər aralı düşdüyümüzü, nələr itirdiyimizi, mənəvi cəhətdən nə qədər aşındığımızı da dərindən dərk etməyə başlayırıq. Bütün bunları sistemli surətdə xatırlamaqla yeni nəsilləri nəcib ənənələri öyrənib ondan ibrət götürməyə istiqamətləndirməliyik.
Müstəqil dövlət quruculuğu ilə əlaqədar olaraq mənəvi tərbiyə vasitəsi kimi bu müstəsna əhəmiyyətə malikdir.
Mürsəl QOCAYEV